Millimizin rəqibləri bəlli oldu

1.04.2023 10:52 258
İdman
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Çinin Çendu şəhərində keçiriləcək 31-ci Ümumdünya Yay Universiadasında rəqibləri bəlli olub.

"Football-plus.az" xəbər verir ki, yığma C qrupunda mübarizə aparacaq.

Komanda meydan sahibləri ilə yanaşı, Yaponiya, Ukrayna və Meksika seçmələri ilə üz-üzə gələcək.

Qeyd edək ki, Universiada 28 iyul - 8 avqustda təşkil olunacaq.