Millimizin rəqibləri bəlli oldu

17.06.2023 10:52 232
Yığma
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

"Football-plus.az" AFFA-ya istinadən xəbər verir ki, komandamız İtaliya, Moldova və Estoniya yığmaları ilə birlikdə A qrupunda mübarizə aparacaq.

Oyunlar iyulun 5-dən 9-dək “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçiriləcək. Millimizin oyunlarının təqvimini nəzərinizə çatdırırıq:

5 iyul. Saat 18.45

Azərbaycan – Moldova

6 iyul. Saat 18.45

Azərbaycan – Estoniya

7 iyul. Saat 18.45

Azərbaycan – İtaliya