“Qarabağ” - “Olimpiya” oyununu yayınlayacaq telekanal dəyişib

30.08.2023 16:08 231
Avropa Liqası
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində Sloveniya klubu “Olimpiya” ilə keçirəcəyi cavab oyununu yayımlayacaq telekanal dəyişib.

"Football-plus.az" xəbər verir ki, əvvəlcə “CBC Sport”la razılaşan Ağdam təmsilçisi sonradan fərqli qərar qəbul edib.

Tamaşaçılar avqustun 31-də baş tutacaq qarşılaşmanı “İdman TV” telekanalı vasitəsilə izləyə biləcəklər. Görüş saat 20.00-da başlayacaq.

Qeyd edək ki, avqustun 24-də Lyublyanada keçirilən ilk oyunun yayım hüququna malik olan “İdman TV” matçı yalnız 69-cu dəqiqədən etibarən canlı təqdim etmişdi. Həmin qarşılaşmada “Qarabağ” 2:0 hesabı ilə qələbə qazanmışdı.