“Qarabağ” HİK-i keçsə bu komanda ilə qarşılaşacaq

16.08.2023 10:52 914
Avropa Liqası
"Qalatasaray” Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

"Football-plus.az" xəbər verir ki, İstanbul təmsilçisi üçücü mərhələnin cavab görüşündə Sloveniya “Olimpiya”sına qalib gəlib (1:0). “Sarı-qırmızılılar” səfərdəki ilk matçda da rəqibini məğlub etmişdi (3:0).

Beləliklə, “Olimpiya” mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Bu mərhələdə onların rəqibi “Qarabağ” - HİK (Finlandiya) cütünün qalibi olacaq. İlk qarşılaşma avqustun 24-ü “Olimpiya”nın meydanında olacaq. Cavab matçı avqustun 31-də keçiriləcək.

Xatırladaq ki, Ağdam təmsilçisi ilk oyunda Bakıda qələbə qazanıb (2:1). Cavab görüşü avqustun 17-də Helsinkidə olacaq.