"Qarabağ"ın "Olimpiya" ilə cavab oyunu bu kanalda

29.08.2023 11:13 281
Avropa Liqası
“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” ilə keçirəcəyi cavab oyununu yayınlayacaq kanal bəlli olub.

"Football-plus.az" xəbər verir ki, matç “CBC Sport” telekanalı vasitəsilə açıq yayımla nümayiş olunacaq. Sözügedən görüş telekanalın proqramında yer alıb.

Bu komandalar arasında avqustun 24-də Lyublyanada keçirilən matçın yayım hüququna malik olan “İdman TV” yalnız yalnız 69-cu dəqiqədən etibarən oyunu canlı təqdim etmişdi.

Qeyd edək ki, avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20.00-da başlayacaq. Bu komandalar arasında ilk oyunda “Qarabağ” 2:0 hesabı ilə qalib gəlib.