Ferstappen yeni mövsümə də qələbə ilə başladı

9.03.2023 15:26 271
İdman
“Formula-1” üzrə dünya çempionatında yeni mövsümə Bəhreyndə start verildi.

"Football-plus.az" xəbər verir ki, son iki mövsümün qalibi Maks Ferstappen 2023-ə də qələbə ilə başladı.

“Red Bull”un pilotu Sahir trassında ilk dəfə finişə birinci çatdı. Niderlandlının bu trassda indiyəqədərki ən yaxşı nəticəsi 2-ci yer (2020, 2021) olmuşdu. 2-ci yeri Ferstappenin komanda yoldaşı Serxio Peres, 3-cü yeri isə “Aston Martin”dən Fernando Alonso tutdu.

Yarışın gedişində 3-cü olan “Ferrari”nin pilotu Şarl Lekler mühərrikdə yaranan problem üzündən 41-ci dövrədə mübarizədən çəkildi.