Ferstappen Şumaherlə Fettelin rekordunu yenilədi

1.11.2022 15:56 334
İdman
Vaxtından əvvəl dünya çempionluğunu rəsmiləşdirən Maks Ferstappen indi də trassa rekordları yeniləmək niyyəti ilə çıxır.

Football-plus.az xəbər verir ki, “Red Bull”un niderlandlı pilotu Meksika mərhələsində də ciddi müqavimətlə üzləşmədi. Cari mövsümdə 14-cü dəfə finişə hamıdan tez çatan Ferstappen Mihael Şumaherlə Sebastyan Fettelə məxsus rekordu yenilədi. Adı çəkilən pilotlar müxtəlif vaxtlarda mövsümün 13 mərhələsində qələbə qazana bilib. 25 yaşlı niderlandlı qələbədən sonra hisslərini belə ifadə etdi:

“Qeyri-adidi! Bu necə mövsüm, necə də fantastik yarışdı! Mövsüm ərzində 14 qələbə qazanmaq üçün bütün komandanın yorulmadan çalışması lazımdı. Bu ruhda da davam edək”.


Meksika mərhələsində “Mersedes”in pilotu Lüis Hemilton 2-ci, Ferstappenin komanda yoldaşı Serxio Peres 3-cü oldu.