Amerika mərhələsi də Maks Ferstappenin inamlı qələbəsi ilə başa çatdı.
Football-plus.az xəbər verir ki, Lüis Hemilton finişə 2-ci, Şarl Lekler isə 3-cü çatdı. Cari mövsümdə 13-cü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Ferstappen bir il ərzində qələbə sayına görə Mihael Şumaherlə Sebastyan Fettelin rekordunu yenilədi. “Red Bull”un 25 yaşlı niderlandlı pilotu qalan üç mərhələnin birində qələbə qazanarsa, “Formula-1” tarixinə mütləq rekordçu kimi düşəcək.
Ferstappenin 1-ci, Serxio Peresin 4-cü yeri tutması “Red Bull”a 37 xal və Mühəndislər kubokunda qələbə qazandırdı. 2013-dən bəri ilk dəfə Mühəndislər kubokunu qazanan Avstriya komandası 656 xalla “Ferrari” (469) üçün əlçatmaz oldu. Bununla həm də “Mersedes”in 8 illik hegemonluğuna son qoyuldu.