"Zirə" - "Eyüpspor" matçında hesab açılmadı - YENİLƏNİR

6.07.2022 21:17 398
Premyer-liqa
Yeni mövsümə hazırlıqlarını davam etdirən “Zirə” bu gün növbəti yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda Türkiyənin “Eyüpspor” klubu ilə qarşılaşıb. Boluda baş tutan matç saat 18.00-da start götürüb.

“Zirə” buradakı ilk sınaq matçında Rumıniyanın “Hermanşdadt” klubuna uduzub – 1:2.

Yoxlama oyunu

6 iyul

18.00 Zirə - Eyüpspor 0-0