Braziliya yığmasının qarşıdakı oyunları üçün heyəti açıqlanıb. Yeni baş məşqçi Fernando Diniz milli komandada sentyabrda debüt edəcək.
“Football-plus.az” xəbər verir ki, hazırda həm də “Fluminense”ni çalışdıran 49 yaşlı mütəxəssis yığmaya iyulda təyinat almışdı. Braziliya millisi onun rəhbərliyi altında ilk rəsmi oyunlarını DÇ-2026-nın seçmə turnirində keçirəcək. Beşqat dünya çempionu sentyabrın 9-da Boliviyanı qəbul edəcək, ayın 13-də isə Perunun qonağı olacaq. Dinizin bu oyunlar üçün açıqladığı siyahıda Neymarın da adı var. Bilindiyi kimi, o, bir neçə gün əvvəl PSJ-ni “Əl-Hilal”a dəyişib. Səudiyyə Ərəbistanı klubunu çalışdıran Jorje Jezus Neymarın yeni komandasındakı debütünün o, zədəli olduğu üçün bir qədər gecikəcəyini bildirib. Buna baxmayaraq, Diniz vacib matçlarda 31 yaşlı hücumçunun meydana çıxacağına ümid edir.
Diniz Neymarı yığmaya çağırdı
Dünya futbolu





