Neymar fantastik təklifi qəbul edəcək?

4.07.2023 19:51 301
Dünya futbolu
“Əl-Hilal” PSJ-nin hücumçusu Neymarı hədəfə alıb.


"Football-plus.az" xəbər verir ki, Fransa mətbuatının yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı klubu 31 yaşlı braziliyalıya 3 illik müqavilə üçün 600 milyon avro maaş ödəməyə hazırdı. Neymarın PSJ ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdi. Bir neçə gün əvvəl hücumçunun “Barselona”ya qayıtmağa hazır olduğu və klubların mümkün transferlə bağlı razılığa gəldiyi bildirilmişdi. Ancaq “Barselona” rəhbərliyi PSJ-nin ulduz futbolçunun maaşının bir hissəsini ödəməyə davam etməsini istəyir.

Yeri gəlmişkən, “Əl-Hilal” daha əvvəl “Çelsi”nin sabiq müdafiəçisi Kalidu Kulibali və “Vulverhempton”un sabiq yarımmüdafiəçisi Ruben Neveşi sıralarına qatıb.