Belə ki, referi 2-ci hissədə futbolçulara və rəsmi şəxslərə 14 sarı, 1 qırmızı vərəqə (!) göstərdi. “Bayquşlar”ın baş məşqçisi Murad Musayev mətbuat konfransında hakimin birtərəfli qərarlar verdiyini iddia etdisə, “Neftçi”nin prezidenti Fərrux Mahmudov idarəçiliklə bağlı PFL-ə şikayətləndi. Ədalət təmsilçisinin xüsusilə “Sabah”ın futbolçusu Amin Seydiyevə qırmızı yox, sarı vərəqə göstərməsi tənqid obyektinə çevrildi. Futbol icimaiyyətinin əksər nümayəndələrinin fikrincə, Seydiyev meydandan qovulmalıydı.
Qeyd olunanlarla bağlı Əliyar Ağayevlə əlaqə saxladıq. O, “Football-plus.az”a bunları söylədi:
“Qərarlar oyunun gedişində verilib və artıq hər şey geridə qalıb. Mənə başverənlər haqda danışmaq səlahiyyəti verilməyib. Səhv edib-etmədiyimə gəlincə, hər halda, doğru qərar olduğuna inanmasam, elə addım atmazdım. Bu haqda daha ətraflı Hakimlər Komitəsindən öyrənmək olar. Həmçinin şikayətlənənlər də məsul qurumlara müraciət etməlidi. Bundan sonra mənim edəcəyim nəsə yoxdu”.
KƏNAN BAHADIR

