"Qarabağ" Azərbaycanın xal ehtiyatını artırdı - UEFA REYTİNQİ

25.08.2023 10:00 231
Ölkə futbolu / Avrokuboklar
Avrokuboklarda bu həftə keçirilən oyunlardan sonra növbəti UEFA reytinqi açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının pley-offunda “Olimpiya” ilə ilk oyunda 2:0 hesablı qələbəsi Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb.

Səfərdə qeydə alınan qələbə Azərbaycanın aktivinə 0,250 xal əlavə edib.

Bununla ölkənin cari mövsümdəki xalları 2,500 olub. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb. 28-ci pillədə olan Slovakiya ilə xal fərqi 0,375 əmsala bərabərdir.

Qeyd edək ki, reytinqə 89,053 xalla İngiltərə başçılıq edir.