"Qarabağ" ölkəmizin UEFA reytinqindəki xal ehtiyatını artırıb.
"Football-plus.az" xəbər verir ki, ölkə çempionu Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Finlandiya HİK-ini 2:1 hesabı ilə məğlub edib. Turnirin pley-offuna adlayan "Qarabağ" Azərbaycana 0,250 xal qazandırıb.
Ölkənin cari mövsümdəki xalları 2,250-di. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 16,500-ə çatan Azərbaycan 29-cu pillədədi. 28-ci yerdə 16,750 xalla Slovakiyadı.