Başqa milli komandaya təyinat alacaq

24.08.2023 19:30 220
Dünya futbolu
Roberto Mançininin işsiz günləri çox çəkməyəcək.

"Football-plus.az" xəbər verir ki, bir neçə gün əvvəl İtaliya yığmasından istefa verən mütəxəssisin karyerasını Asiyada davam etdirəcəyi gözlənilir. Onun Səudiyyə Ərəbistanı yığmasının baş məşqçi vəzifəsinə təyinat alacağı xəbər verilir. “Qazzetta dello Sport”un yaydığı xəbərdə Mançininin yeni iş yerində 3 ilə təxminən 90 milyon avro məvacib alacağını yazıb.