Romelu Lukakunun Səudiyyə Ərəbistanında çıxış etmək şansı olub.
"Football-plus.az" xəbər verir ki, lakin “Çelsi”nin ötən mövsümü icarə əsasında “İnter”də keçirən futbolçusu Asiyada oynamaq istəməyib. “Corriere dello Sport”un məlumatına görə, 30 yaşlı hücumçu “Əl-Hilal”dan gələn təklifi rədd edib. Səudiyyə Ərəbistanı klubu belçikalıya 60 milyon avro dəyərində 2 illik müqavilə təklif edib. Üstəlik keçid üçün “Çelsi”yə 50 milyon avro transfer haqqı ödəməyə hazırdı.
Qeyd edək ki, bir neçə gün əvvəl Romelunun “Yuventus”la ilə 8 milyon avro maaşı nəzərdə tutan 3 illik müqavilə üzrə razılığa gəldiyi xəbər verillmişdi.