Tovuz stadionunun VİP sektorunda neçə azarkeş oturacaq?

24.08.2023 16:08 274
Aktual / Ölkə futbolu
"Turan Tovuz"un ev oyunlarını keçirdiyi şəhər stadionunda VİP sektor yenidən istifadəyə verilib. Oyunu məhz həmin sektordan izləmək istəyən azarkeşlər 5 manatlıq bilet almalıdı.

VİP sektorda yerlərin sayı nə qədərdi? Həmin sektora mövsümlük bilet almaq mümkündümü?

“Football-plus.az” saytının bu suallarına klubun sözçüsü Süleyman Tağıyev cavab verdi:

"Bu il mövsümi biletlər satılmayacaq. VİP sektorda isə istənilən azarkeşimiz 5 manatlıq bilet almaqla yerinə tuta bilər. VİP sektorun tutumu 140 nəfərlikdi".


Mətbuat katibi stadiondakı son duruma da aydınlıq gətirdi:

"Projektorlar istisna olmaqla stadionumuz oyuna tam hazırdı. İşıq sistemləriylə bağlı avadanlıqları da ölkə xaricindən sifariş vermişik, gəlişini gözləyirik. Gələn kimi dərhal quraşdıracağıq".


ABDULLA İSMAYILOĞLU