“Turan-Tovuz” “Səbail”lə harda qarşılaşacaq? - AÇIQLAMA

16.08.2023 14:12 427
Aktual / Premyer-liqa
Tovuz şəhər stadionunda təmir və yenidənqurma işləri yekunlaşmadığından "Turan Tovuz" hələ ki yalnız səfərdə oynamağa məcburdu. İlkin plana görə komanda avqustun 25-də 4-cü tur çərvivəsində “Səbail”i artıq doğma publika önündə qəbul etməlidi. Bəs həmin günə qədər problem tam həll olunacaqmı?

Bu sualı aydınlaşdırmaq üçün klubun sözçüsü Süleyman Tağıyevə müraciət etdik. onun "Football-plus.az"a söylədikləri:

"Stadionumuzda işlər davam etdirilir. Əsas narahatlığımız projektorlar, orda işıqların quraşdırılması ilə bağlıdı. Qurğunun standartlara cavab verməsi üçün xaricdən sifariş vermişik. Projektorlar qoşulan kimi məsələ həllini tapacaq. Maksimum gücümüzlə çalışırıq ki, təmir işləri bitsin və 4-cü turun oyununu doğma meydanda keçirək".


ABDULLA İSMAYILOĞLU