Nəhayət, Ben Foster “daha bəsdi” deyib. O, karyerasını başa vurmaq qərarına gəlib.
"Football-plus.az" xəbər verir ki, İngiltərə millisinin sabiq qapıçısı peşəkar futbolçu həyatına son verib. Bu barədə İngiltərənin 4-cü liqasında mübarizə aparan “Rekshem”in saytı məlumat yayıb. 40 yaşlı futbolçu qərarını belə açıqlayıb: “Sözün düzü, bu mövsüm istədiyim performansı göstərməyəcəyimi düşündüm. Fikrimcə, karyeramı başa vurmaq üçün doğru zaman yetişib”.
Foster karyerası ərzində “Mançester Yunayted”, “Vest Hem” və “Uotford”un da formasını geyib. O, 2007-14-cü illərdə İngiltərə millisində oynayıb. Maraqlıdı ki, Ben 2022-ci ilin sentyabrında da yaşıl meydanla vidalaşdığını bildirmişdi. Lakin bu ilin martında “Rekshem”lə müqavilə bağlayaraq karyerasını davam etdirmişdi. O, bu komandanın qapısını 12 oyunda qoruyub.
40 yaşında “daha bəsdi” dedi
Dünya futbolu





