Farfan “daha bəsdi” dedi

21.12.2022 19:51 283
Dünya futbolu
Cefferson Farfan karyerası ilə bağlı vacib qərar verib. Peru millisinin sabiq hücumçusu peşəkar futbolçu həyatını başa vurub.

O, öz sosial şəbəkə hesablarında 38 yaşında futbolla vidalaşdığını yazıb:
“Bütün arzularımı həyata keçirdikdən sonra idmanla sağollaşmağın vaxtı gəldi. Həyatımın bu mərhələsini başa vurmalıyam. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm. Çox sağ ol, futbol”.


Farfan karyerası ərzində “Alyansa Lima” (Peru), PSV (Niderland), “Şalke-04” (Almaniya), “Əl-Cəzirə” (BƏƏ) və “Lokomotiv” (Rusiya) klublarında çıxış edib. Yığmada 102 oyun keçirən futbolçu 27 qol vurub.