"Kəpəz"də seneqallı futbolçu

22.08.2023 11:34 247
Ölkə futbolu
Transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçunun keçidini həll edib.

"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, seneqallı Latir Fal bundan sonra Gəncə təmsilçisinin şərəfini qoruyacaq. Onunla iki illik (1+1) müqavilə imzalanıb.

Yarımmüdafiəçi mövqeyində çıxış edən Falın son klubu "Eştrela" (Portuqaliya) olub.