"Kəpəz"dən növbəti transfer - RƏSMİ

25.06.2022 10:36 499
Premyer-liqa
Transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçu ilə müqavilə bağlayıb.

"Football-plus.az" xəbər verir ki, komanda icarə əsasında Samir Məhərrəmlini heyətinə cəlb edib. 20 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

"Sabah"a məxsus olan futbolçu U-21 millimizin də şərəfini qoruyub.