• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Onunla yollarımızı ayırmağa qərar vermişik"

Premyer-liqa / Manşet

20-08-2023, 20:0

Misli premyer-liqasında 3-cü turun matçları keçirilir.

"Football-plus.az" xəbər verir ki, "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib - 2:1. Matçdan sonra meydan sahiblərinin çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"Çox gərgin oyun oldu, vacib üç xal qazandıq. Çox açıqlama vermək istəmirəm. Elə indi futbolçularıma bildirdim ki, qrafikimiz elədi ki, bundan da gərgin oyunlara çıxa bilərik. Çünki futbolçuların hazırlığında bir az qeyri-stabillik var. Bu da başadüşüləndir Bir qrup oyunçular avrokuboklarda, digərləri çempionatda oynayır, bəziləri zədəlidi. Buna baxmayaraq, bəzən belə hallarda futbolçularımın xarakterini görürəm. Onların daha da böyümələrini görürəm. Düşünürəm ki, bu sıx qrafik, gərgin oyunların bizə faydası var. Qalib olmasaq belə. Çox əziyyət çəkdik. Futbolçuları təbrik edirəm, azarkeşlərə təşəkkür edirəm. Azər müəllimə, "Araz-Naxçıvan"a uğurlar arzulayıram".

- Andrey Lunyovdan gözləntiləriniz nədi? Şahruddin Məhəmmədəliyevin əsas heyətdəki yerini proqnozlaşdırmaq olar?
- Lunyovla xeyli vaxt idi ki, danışıqlar gedirdi. Sadəcə son 7-8 ayda oyun təcrübəsi çatmır. Dünən ilk məşqimiz oldu. Hazırlığı tam yaxşı səviyyədə deyil. Kimin əsas qapıçı olması özlərindən asılı olacaq. Ona ümidlərimiz böyükdü. Karyerası haqda açıqlama verməyə ehtiyac yoxdu. Yaxşı klublarda, yaxşı liqalarda oynayıb. Qarşıdakı günlərdə hər şey bəlli olacaq. Onu əvvəldən istəyirdik.

- "Qarabağ" bu gün çox güc sərf etməli oldu. Bu matç "Olimpiya" ilə oyunqabağı səmərəli hazırlıq oldu?
- Faydası olacaq. Sona kimi mübarizə aparmaq, sona qədər açıq oynamaq, sonda qol vurmaq oyunçulara inam verir. Təki faydası çox olsun. Hər bir halda, iki gün əvvəl qayıtmışıq Bakıya. Beş saatdan çox havada olmuşuq. Oyundan sonra istirahət etmək heç də asan deyil. Bu gün də 6-da oyun oldu. Üç sutka keçməyib HİK-lə matçdan. Bizim borcumuzdu oynamaq. Çalışırıq ki, işimizə məsuliyyətlə yanaşaq. Rotasiyaları, əlimizdəki heyəti gördüz. Kevin Medinanın ağrıları var idi, risk etmədik. Bədavi Hüseynovun da ağrıları oldu. Bu hallar mənə də, komandaya da böyük təcrübə verir.

- "Olimpiya"nı araşdırmısız? İlk matçın səfərdə olması üstünlükdü?
- Ola bilər. Bəzən ilk oyun evdə olur, fayda verir. Futbol elə nöqtəyə gəlib ki, səfər və ev fərq etmir. İnşallah faydalı olar.

- Beş il əvvəl "Olimpiya" ilə oynamısız...
- Onda heç də asan olmamışdı. İndiki "Olimpiya" tam fərqlidi. Sxem dəyişib, fərqli futbola üstünlük verirlər. Baş məşqçiləri də portuqaldı, xeyli sayda legioner Portuqaliyadandı. Portuqal və ispan futboluna dah yaxın sistemdə oynayırlar. Əvvəlki ilə indikinin çox fərqi var. İnanıram ki, iki oyun da maraqlı olacaq.

- Bəhlul həmin oyuna qədər hazır olacaq?
- Olmalıdı. Bu gün ağrıları azalmışdı. Sabahkı məşqdə görək özünü necə hiss edəcək. Ondan sonra məlumat verəcəyik.

- "Sabah" və "Neftçi" avrokuboklarda mübarizəni dayandırdı, yoluna davam edən tək komanda sizsiz. Əlavə məsuliyyət var?
- Bizdə məsuliyyətin olmadığı vaxt yoxdu. "Qarabağ"ın elə adı var ki, burda mütləq məsuliyyət olmalıdı. Bunu rəhbərlik də bizə bildirir, məndə və futbolçularda məsuliyyət çoxdu. İldən-ilə bizdən gözləntilər çoxalır. Amma ümumən "Sabah" və "Neftçi" uduzsa da, layiqli oyun göstərdilər. Oyunlarına baxdım. "Neftçi"yə daha ciddi rəqib düşdü. "Partizan"ın illərdi təcrübəsi var. İkinci hissəyə tam baxdım. Uduzsalar da, yaxşı oynadılar. Bu amil ola bilər ki, bizim məsuliyyətimizi daha da artırsın. Stimul həmişə var. Hamı "Qarabağ"lı olacaq. Biz də çalışacağıq ki, maksimum güc sərf edək ki, onları sevindirək.

- Mətbuatda daha bir transferin olacağı iddia olunur. Bu haqda nə deyə bilərsiniz?
- Ola bilər ki, transfer olsun. Çünki transfer pəncərəsinin bağlanmasına bir neçə gün var. Düşündüyümüz mövqeyə oyunçu tapsaq, edəcəyik.

- Lunyovun hazırkı durumuna əsasən demək olarki, ondan qrup mərhələsində faydalanacaqsız...
- Bir neçə gün vaxtımız var. Oyunqabağı məşqimiz oldu. Sabah və birigün məşqimiz olacaq. Məşqlərdə baxacağıq. Oyun təcrübəsi son vaxtlar olmasa da, təcrübəsi ona kömək edə bilər. Hazırlığı mənim üçün vacib olacaq. Qapıçı məşqçiləri ilə danışacağıq. Get-gedə qarşıdakı oyunlarda öz idman formasını geri qaytarsa, istifadə edəcəyik.

- Mateus Barbosanın Bakıda olduğu deyilir...
- Düşündüyümüz transferlərdən Bakıda olanları yoxdu.

- Qaspar Panadero komandada qalacaq?
- Ayrılmaq qərarına gəlmişik. Əvəzedici komandadı. Sadəcə komanda tapdıqda, buraxa bilərik. Yoxdusa, onun hüquqları var. Sona qədər məcburuq ki, müqaviləsinə əməl edək. Amma özünə bildirilib ki, komanda tapsa buraxacağıq.

- Legioner futbolçu transfer ediləndə, rüsum ödənilir. Milli üzvlərinə görə rüsum lazım deyil. Sizdə isə 15 legioner var ki, onlardan cəmi 5-i milli üzvüdü. Bu mənada, PFL-in rüsum məsələsi "Qarabağ"ın transfer siyasətinə ciddi təsir edir? Daha çox milli komanda üzvlərini axtarmağa sizi məcbur edir?
- Maddi tərəf mənə aid olmayan məsələdi. PFL-in bayrağı altında çıxış ediriksə, nizamnaməyə əməl etməliyik. Amma bəzən elə olur ki, düşünmədiyim transfer olur. Rüsuma görə yox, amma milli üzvlərinə üstünlük veririk. Onların təcrübəsi, daim beynəlxalq oyunlarda iştirak etməsi bizə fayda verir. Bu transfer siyasətimizə problem törətmir.

- Görmək istədiyiniz Adama Diakabini görürsüz?
- Belə oyunlar futbolçuya və mənə ümid verir. Baxmayaraq ki, iki oyunda qol vurub, bu gün də onun idman formasından razı deyiləm. Böyük potensiala malikdi, böyük liqalarda oynayıb. Bu, davamlı olacaqsa, niyə də ondan istifadə etməyək? İnsanın özündən, peşəkarlığından da çox şey asılıdı. Daim çalışmalıyıq ki, stabilliyi qoruyub-saxlayaq. Üç oyunda qalib gəliriksə, o demək deyil ki, 4-5 ci oyunda uduzmaq limitimiz var, belə deyil. Stabilliyi saxlasa, avrokuboklarda da oynamaq ehtimalı var.

- Qapıçılardan biri icarəyə veriləcək?
- Heç bir klubla danışıq getmir. Bəzən hansısa oyunçu daim oynamaq istəyir. Olsa, bunu nəzərdən keçirəcəyik. Olmasa da, hər dörd qapıçı bizimlədi.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

31-01-2023, 18:0

Qurban Qurbanov: "Gent"lə oyuna tam hazır deyilik"

Premyer-liqa / Manşet

22-05-2023, 18:0

“Futbolçularıma iradım yoxdu”

Premyer-liqa / Manşet

20-08-2023, 20:0

"Hakimlik bir şey yoxdu"

Premyer-liqa / Manşet

9-04-2023, 21:0

"Vacib üç xal qazandıq"

Premyer-liqa / Manşet

5-02-2023, 18:0

Elmar Baxşıyev: "Ağır olacağını təxmin edirdik"

Premyer-liqa / Manşet

3-03-2023, 19:0

"Oyunçularımı təbrik edirəm"

Aktual
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
“Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
Son xəbərlər
  • Bu gün, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Bu gün, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Bu gün, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Bu gün, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Bu gün, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Bu gün, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Bu gün, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Bu gün, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Bu gün, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Bu gün, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Bu gün, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Bu gün, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Bu gün, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Bu gün, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Bu gün, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Bu gün, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Bu gün, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Bu gün, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Bu gün, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Bu gün, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Bu gün, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • Dünən, 23:59
    "Pafos" Muradın təqdimatını yayınladı
  • Dünən, 23:45
    "Şahdağ Qusar"da yeni futbolçu
  • Dünən, 23:01
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 22:52
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • Dünən, 22:14
    Mourinyo onları “Real”da görmək istəyir
  • Dünən, 21:43
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
  • Dünən, 21:15
    Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
  • Dünən, 20:50
    "Zirə"dən daha bir transfer
  • Dünən, 20:24
    Koreyalılar media ilə ünsiyyəti dayandırdılar
  • Dünən, 19:53
    Roberto Karlos Argentina ilə Braziliyanı müqayisə etdi
  • Dünən, 19:22
    Yenidən doğma klubunda oynayacaq
  • Dünən, 18:51
    Amaniyaya qayıtdı
  • Dünən, 18:20
    Milli komandanın rekordçusu oldu
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 247
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 231
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 206
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 201
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə