“Həqiqətən də, düşünürəm ki, Lebron Ceyms qarşıdakı Olimpiadada iştirak edəcək. Bu, onun həyatındakı son Olimpiada olacaq. Məncə, Lebron bu imkanı əldən buraxmaz”.
38 yaşlı Ceyms sonuncu dəfə 2012-ci ildə keçirilən Olimpiya Oyunlarında iştirak edib. Həmin vaxt ABŞ yığmasının heyətində qızıl medal qazanıb. Buna qədər isə 2008-ci il Olimpiadasının da qalibi, 2004-cü il Olimpiadasının bürünc medalçısı olmuşdu.



