Lebron Ceyms tarix yazır, “Leykers” isə...

1.11.2022 14:34 382
İdman
“Leykers” mövsümə olduqca pis başlayıb.

Football-plus.az xəbər verir ki, “gölməçəsevərlər” ilk qələbəsini yalnız dünən – “Denver”lə oyunda qazandı. Amma komandanın uğursuzluğu Lebron Ceymsin möhtəşəm nəticəsini kölgədə qoya bilməz.

Los-Anceles təmsilçisinin əsas ulduzu “Minnesota” ilə oyunda (102:111) 28 xal topladı. 37 yaşlı basketbolçu bununla da karyerasında 20 və daha artıq xal topladığı oyunların sayını 1135-ə çatdırmaqla “Yuta”nın forvardı Karl Melounun rekordunu (1134) yenilədi.