Millimiz Avropa çempionatına hazırlıqlarını başa vurub

18.05.2022 17:06 543
İdman
22 yaşadək kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II təsnifat mərhələsinə hazırlığı başa vurub.

"Football-plus.az" xəbər verir ki, bu məlumatı Azərbaycan Voleybol Federasiyası yayıb. Məlumata görə, aprelin 29-da Bakıda başlayan təlim-məşq tolanışı Türkiyədə yekunlaşıb.

Eldar Əliyevin baş məşqçi olduğu kollektiv paytaxt Ankarada yerli yığma ilə yoxlama oyunları keçirib. "Ay-ulduzlular"la keçirilən hər iki görüşdə rəqib qələbə qazanıb.

Qeyd edək ki, Avropa çempionatının II təsnifat mərhələsi 20 - 22 mayda Kosovoda keçiriləcək. Azərbaycan millisi Türkiyədən birbaşa sözügedən ölkəyə yollanacaq.