Gezzal məhşur şərhçini yalançı çıxardı

11.10.2022 17:12 327
Dünya futbolu
Türkiyənin tanınmış futbol şərhçilərindən olan Mehmet Demirkol ''Beşiktaş''ın oyun sistemini tənqid edərkən maraqlı bir ifadə işlətdi.

Football-plus.az xəbər verir ki, mütəxəssis Valerien İsmaelin oyun tərzindən hətta onun özünün transfer etdiyi futbolçuların belə şikayət etdiyini açıqladı.

Hətta buna bir misal da gətirərək ''Gezzalın bu məsələ ilə bağlı rəhbərliklə söhbət etdiyini bilirəm'' dedi. Bu açıqlama qısa müddətdə sosial şəbəkələrdə ''Beşiktaş'' fanatları tərəfindən müzakirələrə səbəb oldu. Çox keçmədən əlcəzairli futbolçu özü məsələyə aydınlıq gətirdi. O, ''instaqram'' hesabından ''fake news'' (yalan xəbər) sərlövhəsi ilə Demirkola həm ingilis, həm də türk dilində cavab yazdı:

''Tamamilə yalan xəbərdi. Mən və komanda yoldaşlarım məşqçilər korpusu, eləcə də rəhbərliklə gözəl münasibətlərdəyik. Hədəfə çatmaq üçün birlikdə çalışırıq və fanatların dəstəyinə hər zaman ehtiyacımız var''.


30 yaşlı futbolçunun bu paylaşımından sonra diqqətlər iddianın müəllifi Demirkola çevrildi. Məhşur şərhçi Gezzalın sözlərini öz ''tvitter'' hesabında paylaşaraq ''elə deyirsə, elədi, xəbərimi geri götürürəm'' ifadəsini yazdı.