Azərbaycanlı həkim Avropa çempionatına təyinat alıb

17.08.2023 16:08 203
İdman
Azərbaycan Voleybol Federasiyasının həkimi, Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, oğlan və qızlar arasında keçiriləcək çimərlik voleybolu üzrə U-20 Avropa çempionatında iş başında olacaq.

Kazımova 17-20 avqustda Latviyanın paytaxtı Riqada baş tutacaq oyunlara CEV-in tibbi nümayəndəsi olaraq nəzarət edəcək.