AVF rəsmisinə Avropa Voleybol Konfederasiyasından yeni təyinat

23.01.2023 14:44 247
İdman
Avropa Voleybol Konfederasiyası tərəfindən Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyliyə növbəti dəfə etimad göstərilib.

"Football-plus.az" xəbər verir ki, Gözəlbəyli 2023-cü ilin ilk təyinatı olaraq kişi voleybolçular arasında Çelenc kubokunun 1/4 final matçının supervayzeri təyin edilib. Həmyerlimiz yanvarın 26-da Buxarest şəhərində keçiriləcək “Styaua” (ROU) - “Olimpiakos” (GRE) klublarının qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.

Görüşün hakimləri niderlandlı Mark Jan Vinstra və italiyalı Michele Brunelli olacaq.