Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova təyinat alıb.
Football-plus.az xəbər verir ki, İsmayılova qadın voleybolçular arasında Çempionlar Liqasında keçiriləcək B qrupunun “Prometey DNİPRO" (Ukrayna) - "CS Volei Alba BLAJ" (Rumıniya) matçının supervayzeri olacaq.
CEV-in bu matç üçün təyinatlarına əsasən, İsmayılova görüşün hakimləri macarıstanlı Peter Şabo və fransalı Kristofe Lekurun işinə qiymət verəcək.
Görüş bu gün Çexiyanın Kutna Hora şəhərində keçiriləcək.
Azərbaycanlı Çempionlar Liqasına təyinat aldı
İdman


