Daiti Kamadanın yeni iş yeri müəyyənləşib. O, İtaliyaya gəlib.
“Football-plus.az” xəbər verir ki, yapon yarımmüdafiəçi artıq “Latsio”nun düşərgəsində tibbi müayinədən keçib.
Kamada Roma klubu ilə “1+1 il” sxemi üzrə anlaşıb. O, “Latsio”ya azad agent kimi keçib. Belə ki, asiyalı futbolçunun 2017-ci ildən formasını geydiyi “Ayntraxt” ilə müqaviləsinin müddəti iyunun 30-da sona çatıb. Yaponiyalı futbolçu son mövsümdə frankfurtluların sıralarında bütün turnirlərdə meydana çıxdığı 47 matçda 16 qolun və 7 məhsuldar ötürmənin müəllifi olub.