Sabah Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında "Neftçi" "Beşiktaş"la qarşılaşacaq.
İstanbul təmsilçisinin baş məşqçisi Şenol Günəş mətbuat konfransında mərhələni keçmək istədiklərini dilə gətirdi:
"Mövsümə yeni başlamışıq. Getdikcə oyun qrafikimiz sıxlaşacaq. Üç gündən bir oynayacağıq. Hər hansı problemimiz yoxdu. 3:1 hesablı üstünlüyümüz var, amma hələ heç nəyi təmin etməmişik. Matçlar oynamadan qazanılmır. Heyətlə bağlı əlimizdəki futbolçuların durumuna görə qərar verəcəyik. "Neftçi" topla yaxşı oynayan texnikalı komandadır. Öz oyunumuzu oynayıb mərhələni keçmək istəyirik. Omar Kollinin çiynində zədəsi var. Raşid Qezzalın ailəsi qəza keçirib. Buna görə də Fransaya gedib. Ümid edirəm maraqlı matç olar və qələbə qazanaraq növbəti mərhələyə yüksələrik".
“Qara qartallar”ın müdafiəçisi Daniel Amartey isə yaxşı rəqibə qarşı oynayacaqlarını bildirdi:
"Beşiktaş"da olduğum üçün xoşbəxtəm. Böyük bir klubdayam. Yaxşı rəqibə qarşı oynayacağıq. Çətin matç olacaq, biz hazırıq. İntizamlı olacağıq. Sabah qələbə qazanmağa çalışacağıq. Müdafiənin mərkəzində və ya cinahda oynamağın mənim üçün fərqi yoxdu. Hər mövqedə oynaya bilirəm".
İLKİN SULTANLI, İstanbul