“Rakuv”un kapitanı: “Qarabağ” çox güclü komandadı”

1.08.2023 21:14 254
Manşet / Çempionlar Liqası
Sabah “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında “Rakuv”u qəbul edəcək.

“Football-plus.az” xəbər verir ki, matçdan öncə qonaqların kapitanı Zoran Arseniç mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:

“Qısa danışacam. Biz çox şadıq ki, bu mərhələyə gəlmişik. Çünki hər bir futbolçu üçün Çempionlar Liqasının mərhələlərində oynamaq qüruruvericidi. Sabah öz oyunumuzu göstərməyə hazırıq”.


- "Qarabağ"ın əsas təhlükəsi nəyi hesab edirsən?- Birinci oyunda gördüyümüz kimi, "Qarabağ" çox güclü komandadı. Biz daha diqqətli olmalıyıq. Əsasən də, diqqətimizi "Qarabağ"ın stilinə və tempinə yönəltməliyik.