Mate Kvirkviya topu əlinə götürsə də, komanda yoldaşları, əsasən də Junior penaltini vurmaq istədiyini bildirirdi. Bir qədər mübahisədən sonra məşqçilər korpusundan zərbəni gürcünün vurması istənildi. Bəs komandada “ştatlı” penaltivuran kimdi?
"Football-plus.az" olaraq bu sualı aydınlaşdırmaq üçün baş məşqçi Azər Məmmədovla danışdıq:
"Bizdə kimin penaltini vuracağı deyə bir şey yoxdu. Kim özünü hazır sayırsa və soyuqqanlıdısa, o da topa yaxınlaşır. Heyətimizdə penaltiləri dəqiq vuran üç futbolçu var. Onlardan biri də Kvirkviyadı. Həmin gün gürcü futbolçu özünə daha çox inamlıydı. Biz də onun vurmasına razılıq verdik. Kimin zərbə müəllifi olması yox, kimin qol müəllifi olması bizim üçün vacibdi. Əsas odu ki, penaltini qola çevirib qələbə qazandıq".
ABDULLA İSMAYILOĞLU



