"Hər gecə beynimdə bu penaltini vuraraq, yatacağam" - Burak Yılmaz

25.03.2022 10:40 642
Dünya futbolu
Burak Yılmaz Türkiyə millisilə vidalaşıb

Bu barədə futbolçu Portuqaliyaya 1:3 hesabı ilə uduzduqları dünya çempionatının pley-off mərhələsinin yarımfinal oyunundan sonra mətbuat konfransında açıqlama verib.

"Bu görüş yığma karyeramda son idi. Penaltini qaçırdığım üçün bütün azarkeşlərdən üzr istəyirəm. Hər gecə beynimdə bu penaltini vuraraq, yatacağam. Bu zərbəni dəqiq yerinə yetirsəydim, hesab bərabərləşəcəkdi. Uduzmağımız 3 və ya 4 müdafiəçi ilə oynamağımızda yox, penaltini vura bilməməyimdədi".