Vurğun Hüseynov: “Hər oyunda belə hal ola bilər”

28.10.2022 13:58 641
Premyer-liqa / Manşet
Premyer-liqanın 11-ci turunda Rəhim Sadıxov "Sumqayıt" - "Zirə" oyununda meydan sahiblərinin qapısına təyin olunan penaltini dəqiq yerinə yetirəndən sonra “gənclik şəhəri” təmsilçisinin kapitanı Vurğun Hüseynovla rəqib futbolçu Loris Broqno arasında mübahisə başladı.

"Football-plus.az" olaraq bunun səbəbini aydınlaşdırmaq üçün Vurğunla əlaqə saxladıq. Təcrübəli futbolçu həmin anı belə izah etdi: "Adi oyun epizodu idi. Ona görə də qısa mübahisə baş verdi. Hər oyunda belə hal ola bilər. Lorislə heç bir problemimiz yoxdu. Şişirdiləcək məsələ deyil".

ABDULLA İSMAYILOĞLU