Məşhur meyxanaçı azərbaycanlı “Beşiktaş” azarkeşlərini təhqir etdi

11.08.2023 12:30 6 903
Aktual / Ölkə futbolu
Dünən “Neftçi” Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda evdə Türkiyə nəhəngi “Beşiktaş”a məğlub oldu. Məlumdu ki, ölkəmizdə də Türkiyə futboluna, eləcə də “Beşiktaş”a azarkeşlik edən yüzminlərlə adam var.

“Football-plus.az” xəbər verir ki, hətta dünən “Beşiktaş Azərbaycan” fanklubunun üzvləri də qarşılaşmanı türkiyəli fanatlarla birgə izləyirdi. Lakin sosial şəbəkələrdə bəzi fanatların öz klubumuzu yox, “qara qartallar”ı dəstəkləməsi heç də xoş qarşılanmayıb. Belə tənqidlərdən biri də flaqman azarkeşi kimi tanınan meyxanaçı Pərviz Sabirabadlıdan gəldi. O, “Neftçi” azarkeşlərinin “instaqram”da işlətdiyi sosial şəbəkə hesablarından birinin rəy bölümünə təhqir dolu sözlər yazıb:

“Yaltaqlar…, vətənini satan…, tüpürüm onların olmayan şərəfinə, mənliyinə, qeyrətinə. Öz vətənini, xalqını, komandasını satırsansa, dünyada səndən… yoxdu”.


Bəzi söyüşlərin yerinə üç nöqtə qoymalı olduq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul