“Düşünürəm ki, bu da "Neftçi"nin əleyhinədi” – BƏD PROQNOZ

10.08.2023 16:37 242
Aktual / Konfrans Liqası
"Neftçi" bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda evdə "Beşiktaş"la qarşılaşacaq. "Ağ-qaralar"ın Türkiyə nəhəngiylə oyunda uğur qazanmaq şansı nə qədərdi?

Vaxtilə "Sivasspor"un heyətində "Beşiktaş"a qol vurmaqla komandasının qələbəsində pay sahibi olan yığmamızın sabiq üzvü İlqar Qurbanov axşamkı oyunla bağllı fikirlərini "Football-plus.az" saytına çatdırdı:

"Beşiktaş"la "Neftçi" ölkələrinin köklü klublarıdı. Bu onu göstərir ki, "Neftçi Arena"da maraqlı, gözəl oyuna şahidlik edəcəyik. Çempionatımızın startında "ağ-qaralar"ın səfərdə gözlənilmədən "Kəpəz"ə yenilməsi onu göstərir ki, komanda hələ tam formalaşmayıb və çatışmazlıqlar çoxdu. Bu məğlubiyyət həm də "Beşiktaş"la oyun ərəfəsində müəyyən ruh düşkünlüyü yarada bilər. "Qara qartallar" müdafiə yox, hücum futboluna üstünlük verir. Düşünürəm ki, bu da "Neftçi"nin əleyhinədi. Təmsilçimizin yeganə ümid yeri və silahı o ola bilər ki, indiki vaxtlarda Türkiyə kıubları tam formada olmur. Bəlkə Adrian Mutu və yetirmələri bundan istifadə etməklə uğur qazana bilər".


ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul