“Beşiktaş” Bakıdadı

9.08.2023 16:25 240
Konfrans Liqası
Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Türkiyə “Beşiktaş”ı Bakıya gəlib.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngini gətirən təyyarə bir qədər əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

“Qara qartal”ı azarkeşlər hava limanında böyük coşqu ilə qarşılayıblar.

Qeyd edək ki, avqustun 10-da “Neftçi Arena”da keçiriləcək ilk oyun saat 21.00-da başlayacaq.