“Beşiktaş Azərbaycan” İstanbuldan siqnal gözləyir

8.08.2023 17:59 762
Manşet / Konfrans Liqası
Cümə axşamı Konfrans Liqasının oyununda “Beşiktaş”la qarşılaşacaq “Neftçi” bu gün rəsmi açıqlama yayaraq bəyan etdi ki, İstanbul klubunun azarkeşləri üçün xüsusi sektor ayrılacaq. Deməli, Türkiyədən gələcək və ölkəmizdə yaşayan “Beşiktaş” azarkeşləri bu sektora bilet əldə etmək üçün adı çəkilən komandanın müvafiq qurumları ilə əlaqə yaratmalıdı.

Belə durumda “qara qartal”ın ölkəmizdəki azarkeşləri necə davranacaq? Onların “Beşiktaş”a azarkeşlik etməsini Azərbaycanın futbol ictimaiyyəti xəyanət kimi qarşılamayacaqmı?

"Football-plus.az" saytı bu suallarla "Beşiktaş Azərbaycan" fanklubunun təsisçisi Məzahir Alcanova üz tutdu:

"Oyunu səbirsizliklə gözləyirik. Mən də olan məlumata görə, "Beşiktaş"a aid sektorun biletləri hələ satışa çıxarılmayıb. Amma biz hazırda üzgüncəsinə gözləmə mövqeyindəyik. Belə ki, "Beşiktaş"ın Albaniya təmsilçisiylə səfərdə oyunu zamanı azarkeşləri petard yandırmış və meydana yad cisimlər atmışdı. Buna görə UEFA məsələni aydınlaşdırmaq üçün nəzarətə götürüb. Odu ki, adı çəkilən qurumun çıxaracağı qərara əsasən də "Beşiktaş" rəhbərliyi mövqeyini bildirəcək. Klub mövqeyini bildirdikdən sonra oyuna gedib-getməyəcəyimiz dəqiqləşəcək".


ABDULLA İSMAYILOĞLU