Marselo Byelsa yenidən premyer-liqada işləyə bilər.
O, İngiltərə klubu ilə danışıq aparır. Yerli mənbələr argentinalı mütəxəssisin “Bornmut”un başına keçmək ehtimalını yüksək qiymətləndirir. 67 yaşlı Byelsa İngiltərədə 2018-22-ci illərdə “Lids”i çalışdırıb.
Uilyam Folinin tezliklə “Bornmut”un sahibi olacağı gözlənilir. O, Byelsanı komandanın başında görmək istəyir. Hazırda isə baş məşqçinin səlahiyyətlərini müvəqqəti olaraq Qari O’Nil yerinə yetirir.
Byelsa İngiltərə klubu ilə danışıq aparır
Dünya futbolu


