Deməli, Türkiyədən gələcək və ölkəmizdə yaşayan “Beşiktaş” azarkeşləri bu sektora bilet əldə etmək üçün adı çəkilən komandanın müvafiq qurumları ilə əlaqə yaratmalıdı. Belə durumda “qara qartal”ın ölkəmizdəki azarkeşləri necə davranacaq?
"Football-plus.az"olaraq bu sualla "Beşiktaş Azərbaycan" fanklubunun təsisçisi Məzahir Alcanova üz tutduqda belə dedi:
"Oyunu səbirsizliklə gözləyirik. Məndə olan məlumata görə, "Beşiktaş"a aid sektorun biletləri hələ satışa çıxarılmayıb. "Beşiktaş" rəhbərliyi mövqeyini bildirəndən sonra oyuna gedib-getməyəcəyimiz dəqiqləşəcək". Dünən Məzahir bəylə əlaqə saxladıqda isə belə dedi: "Bizə stadionda 5A sektoru ayrılıb. Ölkəmizdəki "Beşitkaş"sevərlər və Türkiyədən gələn fanatlar birləşərək stadiona getməyi planlaşdırırıq. Təxminən 900-1000 nəfər fanatın yer alacağını gözləyirik".
"Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyev də məsələ ilə bağlı qəzetimizə açıqlama verdi: "Beşiktaş” fanatları üçün bəlli sektor və lazımi qədər bilet ayrılıb. Biletləri Türkiyə təmsilçisi azarkeşlərinə satacaq".
ABDULLA İSMAYILOĞLU






