Kerr hələ Pol ilə bağlı qərar verməyib

9.08.2023 23:10 191
İdman
“Qolden Steyt”in baş məşqçisi Stiv Kerr debütant Kris Polun komandadakı rolu ilə bağlı suala cavab verib.

"Football-plus.az" xəbər verir ki, mütəxəssisin sözlərinə görə, o hələ veteranın start heyətində oynayacağı, yoxsa sonradan mübarizəyə qoşulacağı ilə bağlı yekun fikrə gəlməyib. Maraqlıdı ki, Pol 18 illik peşəkar karyerası boyunca MBA-da keçirdiyi 1214 oyunun heç birində sonradan mübarizəyə qoşulmayıb. Kerrin bununla bağlı dedikləri:
“Mövsümün ilk oyunu ərəfəsində üçhəftəlik təlim-məşq toplanışımız olacaq, orda da qərar verərik. Bütün mümkün kombinasiyalara baxacağıq. Bütün uşaqlar meydanda çox vaxt keçirmək istəyir. Ancaq fakt budu ki, biz bütün zamanların ən yaxşı oyun qurucularından birini və uduzmağı xoşlamayan adamı almışıq”.