Luka Modriç beynəlxalq karyerası ilə bağlı qərarını verib. Amma buna bir müddət sonra aydınlıq gətirəcək.
“Football-plus.az” xəbər verir ki, Xorvatiya millisinin lideri sayılan Modriç komandadakı gələcəyi ilə bağlı açıqlama verib. “Real”ın 37 yaşlı yarımmüdafiəçisi qərarını Millətlər Liqasının final mərhələsindən sonra açıqlayacağını deyib:
“Hazırda bütün düşüncələrim Millətlər Liqası ilə bağlıdı və turnirdən sonra karyeram barədə danışmaq mümkün olacaq. Artıq milli komandadakı gələcəyimlə bağlı qərar vermişəm, lakin hələ ki bunu açıqlamaq istəmirəm”.
Modriç Xorvatiya millisində 2006-cı ildən çıxış edir. O, indiyədək yığmada keçirdiyi 164 oyunda 23 qol vurub (Millətlər Liqasının dünən Niderlandla keçirilən yarımfinal matçı nəzərə alınmayıb).