Fransalı məşqçi "Beşiktaş"da - RƏSMİ

25.03.2022 18:20 476
Dünya futbolu
"Beşiktaş"ın yeni çalışdırıcısı bəlli olub.

Valeryen İsmael İstanbulda təmsilçisində bu vəzifəsini icra edəcək. Bu məlumatı klubun rəsmi saytı yayıb.

Fransalı mütəxəssislə "1+1" illik müqavilə imzalanıb. Son iş yeri İngiltərə "Vest Bromviç"i olan Valeryen "Beşiktaş"da Öndər Karavelini əvəzləyib.

Qeyd edək ki, "qara qartal" hazırda çempionatda 48 xalla 8-ci pillədə qərarlaşıb.