Mahir bu gün də qol vuracaqmı?

5.08.2023 13:15 226
Dünya futbolu
Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" bu gün Xorvatiya çempionatında 3-c tur oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Zareb təmsilçisi doğma meydanda "Qoritsa" ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Qeyd edək ki, "Dinamo" hazırda 3 xalla 5-ci, "Qoritsa" 4 xalla 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, M.Emreli 2-ci turda "İstra"ya qarşı keçirilən səfər oyununda (3:0) bir qol vurub və bir qol ötürməsi verib.

5 avqust

23.00. "Dinamo" (Zaqreb) - "Qoritsa"