ÇL-də 2-ci təsnifat mərhələsinə yekun vurulur

2.08.2023 10:31 298
Manşet / Çempionlar Liqası
Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Qol.az xəbər verir ki, 2-ci oyun günündə 8 matç keçiriləcək.

"Qarabağ" Bakı Olimpiya Stadionunda "Rakov"u qəbul edəcək.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyan "Dinamo"sı (Zaqreb) "Astana"nın (Qazaxıstan) qonağı olacaq. Zaqreb təmsilçisi ilk görüşdə rəqibini darmadağın edib - 4:0.

Türkiyə çempionu "Qalatasaray" isə Litva "Jalgiris"ini qəbul edəcək. Bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.

2 avqust

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları

18.00. "Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)
İlk oyun - 0:4

20.00. "Qarabağ" (Azərbaycan) - "Rakov" (Polşa)
İlk oyun - 2:3

21.00. "Haken" (İsveç) - "Klaksvik" (Farer adaları)
İlk oyun - 0:0

21.00. "Genk" (Belçika) - "Servett" (İsveçrə)
İlk oyun - 1:1

21.00. "Molde" (Norveç) - HİK (Finlandiya)
İlk oyun - 0:1

21.00. "Makkabi" (Hayfa, İsrail) - "Şerif" (Moldova)
İlk oyun - 0:1

22.00. "Kopenhagen" (Danimarka) - "Breydablik" (İslandiya)
İlk oyun - 2:0

22.30. "Qalatasaray" (Türkiyə) - "Jalgiris" (Litva)
İlk oyun - 2:2