Dünya çempionatına start verilir

7.05.2023 12:30 283
İdman
Qatarın paytaxtı Doha şəhərində cüdo üzrə böyüklər arasında Dünya çempionatının ilk yarış günü keçirilir.

"Football-plus.az" xəbər verir ki, mundialın ilk günündə kişilər arasında -60 kq. çəkidə Turan Bayramov və Balabəy Ağayev, qadınlar arasında isə -48 kq. çəkidə Leyla Əliyeva və Könül Əliyeva güclərini sınayacaq.

Çempionatın ilkin görüşləri Bakı vaxtı ilə saat 11.30-da, final görüşləri isə saat 19.00-da başlayacaq.