MBA-nın altıqat çempionu Maykl Cordan “Şarlott”un səhmlərinə nəzarət paketini satıb.
“Football-plus.az” xəbər verir ki, MBA klubu Qeyb Plotikin və Rik Şnellin rəhbərlik etdiyi səhmdarlar qrupuna satılıb. Onlar “Hornets Sports & Entertainment (HSE)” şirkətinin həmsədri olacaq və hər 5 ildən bir klub rəhbərliyində bir-birini əvəz edəcək. “Şarlott”un ilk rəbəri Şnell olacaq.
Sövdələşmə başa çatandan sonra Cordan “Hornets”in səhmlərinin minoritat paketini və klubda təmsilçiliyini qoruyub. Bir müddət əvvəl bu sövdələşmə 3 milyard dollar həcmində dəyərləndirilirdi. Cordan 2006-cı ilin iyununda səhmlərin bir hissəsinə yiyələnməklə klubun sahibi Robert Consondan sonra 2-ci səhmdar olmuşdu. 2010-cu ildə isə 275 milyon dollar ödəməklə klubun səhmlər paketinə nəzarəti ələ keçirdi və MBA-da bu hüquqa yiyələnən ilk basketbolçu oldu.
Altıqat MBA çempionu son sövdələşmə ilə bağlı fikirlərini bölüşüb: “Son 13 il ərzində doğma Şimali Karolina ştatında “Şarlott”un əsas sahibi olmaq imkanı mənim üçün böyük şərəf idi. Bu müddətdə əldə olunan bütün uğurlarla qürur duyuram: meydandakı parlaq oyun anları, “Hornets” adının qayıdışı, 2019-cu ildə Şarlottda Ulduzların oyununun keçirilməsi, HSE-nin bu icmanın əsas dayağına çevrilməsi... Bütün bu illər ərzində “Hornets” azarkeşləri qeyri-adi sadiqlik, ehtiras və loyallıq göstərib. İndi, yəni sahibliyin minoritar səviyyəsinə keçdiyim məqamda idarəçiliyi iki uğurlu, innovativ və strateji liderə - Qeyblə Rikə vermək imkanına görə çox şadam. Bilirəm ki, “Hornets” etibarlı əllərdədi. Komandanın gələcəyini böyük səbirsizliklə gözləyirəm. Yaxın illərdə yeni rolda da kluba dəstəyimi davam etdirəcəm”.
Cordan “Şarlott”un səhm paketini satdı, ancaq klubda qaldı
İdman





