“Şarlott” üç milyard dollara satıldı

28.07.2023 14:33 258
İdman
MBA-nın İdarəçilər Şurası “Şarlott”un satışını bəyənib. Klubun yeni sahibi Qeyb Plotkin və Rik Şnell başda olmaqla səhmdarlar qrupudu.

"Football-plus.az" xəbər verir ki, sövdələşmə yaxın iki həftədə gerçəkləşəcək və qiyməti 3 milyard dollar olacaq.

Şnell və Plotkin klubun idarəçiliyini boynuna götürəcək. Hazırki sahib Maykl Cordan isə minoritar səhm paketini və təşkilatda varlığını qoruyacaq.
“Şarlott” müntəzəm çempionatın son mövsümündə 82 oyunun 27-də qələbə qazanıb, 55-də uduzub. Komanda 2015/16 mövsümündən bəri pley-offa vəsiqə qazana bilmir.